Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin yeni tərkibini təsdiqləyib

Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin yeni tərkibini təsdiqləyib.

SİA "vesti.ru" saytına istinadən xəbər verir ki, müvafiq sənəd ölkənin rəsmi internet portalında yerləşdirilib.

Sənədə əsasən, yeni hökumət üzvlərinin əksəriyyəti əvvəlki tərkibdə vəzifələr tutub.

Lukaşenkonun bir çox nazirliklərin rəhbərlərini dəyişmədiyi bildirilir:

- Xarici İşlər naziri Vladimir Makey;

- Milli Təhlükəsizlik naziri Valeri Vakulçik;

- Müdafiə naziri Viktor Xrenin;

- Energetika naziri Viktor Karankeviç.

Qeyd edək ki, bundan əvvəl Belarus prezidenti ölkənin yeni Baş nazirini təyin etmişdi. Yeni Baş nazir əvvəllər Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbəri vəzifəsində çalışan Roman Qolovçenkodur.

Xatırladaq ki, avqustun 9-da Belarusda Prezident seçkiləri keçiriləcək. 1994-cü ildən bəri Lukaşenko ölkəyə rəhbərlik edir. Hazırda prezidentliyə namizədlər sırasında Aleksandr Qriqoryeviç də var.

Bütün xəbərlər Facebook səhifəmizdə