İyunun 15-dən etibarən Böyük Britaniyada ictimai nəqliyyatda maska taxmaq məcburi olacaq

Böyük Britaniyanın nəqliyyat naziri Grant Şaps iyunun 15-dən etibarən ictimai nəqliyyatda maska taxmağın məcburi olacağını açıqlayıb.

Bildirib ki, qaydaları pozan sərnişinlər ictimai nəqliyyatdan endiriləcək və cəzalandırılacaqlar.

Nəqliyyat naziri bu müddətdə ictimai nəqliyyatdan istifadənin azalmasına baxmayaraq, işə velosipedlə gedənlərin sayının iki dəfə artdığını söyləyib.

Həmçinin G.Şaps velosiped istifadəsini artırmaq üçün insanlara velosiped təmirxanalarında istifadə edə biləcəkləri hədiyyə kuponlarının veriləcəyini və beləliklə, ictimai nəqliyyatdan daha az istifadəyə imkan yaranacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə