Yaponiya COVİD-19 vaksininin hazırlanmasına 300 milyon dollar vəsait ayıracaq

Yaponiya bütün dünya üzrə az təmin olunan əhali üçün vaksinin hazırlanması ilə məşğul olan beynəlxalq quruma 300 milyon dollar vəsait ayıracaq.

SİA xarici KİV-ə istinadən istinadla xəbər verir ki, Yaponiya hökuməti bu addımı vaksinlərin hazırlanması ilə məşğul olan Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) koronovirusla mübarizəni gücləndirmək barədə çağırışına cavab olaraq atacaq.

Xatırladaq ki, Yaponiya hökuməti həmin təşkilata 100 milyon dollar ayırmağı öhdəsinə götürsə də, sonradan bu rəqəmi 200 milyon dollara qaldırmışdı.

Baş nazir Şinzo Abenin bu barədə bu gün GAVI-nin təşkil etdiyi görüşdə videomüraciətlə çıxışı zamanı bildirəcəyi gözlənilir.

Bildirilir ki, hökumət təşkili gələn ilə dəyişdirilmiş “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının baş tutması üçün vaksinin hazırlanmasına və istifadəsinə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...