Mishustin, Koreyalı həmkarı ilə koronavirusu müzakirə edib

Rusiyanın Baş naziri Mixail Mişustin Koreya Respublikasının Baş naziri Çon Se Qyun ilə telefon danışığı aparıb. SİA RİA Novosti agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə nazirlər koronavirusu müzakirə edib, həmçinin Rusiya və Cənubi Koreya vətəndaşlarının vətənlərinə çatdırılması üçün uçuşların təşkilində iki ölkənin qarşılıqlı fəaliyyətini müsbət qiymətləndiriblər.
Həmçinin qeyd olunur ki, baş nazirlər səhiyyə sahəsində əməkdaşlığın artırılması və COVID-19-ın yayılmasının qarşısının alınmasında təcrübələrini bölüşmək barədə razılığa gəliblər.
"Mixail Vladimiroviç Mishustin və Çon Se Qyun Rusiya və Koreya Respublikası vətəndaşlarının vətənlərinə çatdırılması üçün uçuşların təşkili ilə əlaqədar əməkdaşlığın müsbət qiymətləndirməsini mübadiləsi ediblər", deyə məlumatda əlavə edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə