Rusiyada xəstəxanada yanğın baş verib 1 nəfər ölüb

Rusiyanın Sankt Peterburq şəhərində Botkinskiy İnfeksion Xəstəxanasında yanğın baş verib. SİA xəbər verir ki, yanğın zamanı xəstəxanada bir nəfər həyatını itirib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatda, yerli vaxtla 05:50 radələrində dörd mərtəbəli binanın 11-ci bölməsində yanğın baş verib. Açıqlamaya əsasən, yanğın zamanı 1981-ci il təvəllüdlü şəxs zəhərli qazdan həyatını itirib. Yanğın xəstəxananın personalı tərəfindən söndürülüb.

Yanğınsöndürmə xidməti xəstəxanada işləri davam etdirir.

Xəstəxanada 274 xəstə müalicə alır və 87 tibbi personal mövcuddur. Mənbələrdən birinin verdiyi məlumata görə, COVID-19 daşıyıcısı olan xəstələrdən biri siqaret çəkərkən yuxuya gedib və bu yanğına səbəb olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə