Etirazçılar ABŞ-da kök salmış ayrıseçkiliyin dəyişməsini istəyir - Mehmet Özkan

ABŞ-ın qaradərili vətəndaşları dövlətdən sosial razılaşma tələb edir. SİA-nın məlumatına görə, bu sözləri Türkiyə Maarif Vəqfinin ABŞ üzrə direktoru Mehmet Özkan deyib.

Afro-amerikalılara qarşı polisin zorakılığından sonra yaşanan olaylar haqqında danışan professor bildirib ki, nə dövlət, nə də ağdərililər bu tələbə hazır deyil: “Çünki toplumda yüksələn ciddi ağ millətçiliyi var. Ağ amerikalılarla qaraların eyni sosial səviyyədə görüşmələri bu mərhələdə çox çətindir”.

M.Özkan olayları polisi ən ali səviyyədə qoruyan və dövlətin keşikçisi kimi davranan siyasi sistemdən kənarlaşdığını hiss edən vətəndaşların üsyanı adlandırıb: “Polislərin illərdir qaralara qarşı davam edən zorakılığı, Prezident Donald Trampın ayrıseçkilikçi ifadələri onlara siyasi və sosial baxımdan sahib çıxılmadığını düşünən qaralar daxil, qəzəbli kütləni hərəkətə keçirdi. Etirazçılar ABŞ daxili siyasətində kök salmış ayrıseçkiliyin dəyişməsini istəyir. Amma bu, mümkün deyil. ABŞ-da polis reformasiyası aparmaq üçün əvvəlcə silahlanma məsələsinə baxılmalıdır. Hər kəsin rahatlıqla silah əldə edə bildiyi bir yerdə polis zəif olsa, iç sistem çökər. Hamı özünü müdafiə etməyə başlayar. Bu anlamda, etirazçıların haqlı tələblərinin asan həlli yoxdur. Birbaşa ABŞ-ın daxili sistemini də dəyişmək asan deyil. Sırf buna görə ümidsizlik içində irəliləyən kütlə var. Özləri belə bu dəyişikliklərin ola biləcəyinə inanmır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə