ABŞ-da etirazlar: 9 mindən çox şəxs saxlanılıb

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkə ərazisində başlayan etiraz aksiyaları zamanı 9,3 min nəfər saxlanılıb. SİA xəbər verir ki, bu göstəriciyə görə Los-Anceles şəhəri liderlik edir. Burada 2,7 minə yaxın etirazçı saxlanılıb.

Nyu-Yorkda bu rəqəm 1,5 minə yaxın olub. Bundan başqa, Dallas, Hyuston və Filadelfiya şəhərlərinin hər birində yüzlərlə şəxs saxlanılıb.

Aksiyaların qarşısının alınması üçün 28 ştatda və Vaşinqtonda Milli Qvardiyanın 20 mindən çox əsgəri cəlb edilib.

ABŞ-ın 40-a yaxın şəhərində komendant saatı tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...