İtaliyada son gündə 318 yeni yoluxma faktı qeydə alınıb

İtaliyada son sutka ərzində 318 yeni yoluxma faktı qeydə alınıb. SİA Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentindən məlumat veriblər.

Bildirilib ki, ölkədə bir gündə 55 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 33 530, yoluxanlar isə 233 min 515 nəfərə çatıb.

Son sutka ərzində 1 737 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 160 092 nəfərə çatıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...