COVİD-19-dan sağalanların sayı 3 milyonu ötdü Dünyada

İlk olaraq Çinin Wuhan şəhərində qeydə alınan yeni növ koronovirus infeksiyasından dünya üzrə ölənlərin sayı 382 min 481 nəfərə çatıb. SİA-nın "Worldometer"ə istinadən verdiyi xəbərə görə, dünya üzrə 6 milyon 452 min 413 nəfər virusa yoluxub.

Məlumata görə, xəstəlikdən sağalanların sayı isə 3 milyonu ötüb. Dəqiq rəqəmlərə əsasən, dünya üzrə yeni növ koronavirus xəstəliyinə qalib gələnlərin sayı 3 milyon 66 min 698 nəfərə çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə