İranda koronavirusa görə bağlanmış turistik məkanları 3 aydan sonra yenidən açılıb

İranda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq bağlanılan turistik məkanları 3 aydan sonra yenidən dezinfeksiya edilərək açılıb.

SİA xəbər verir ki, İranın məhəbbət və çiçəklər şəhəri sayılan Şirazın qədim sarayları və bağları turistlərin istifadəsinə verilib. Şiraz dedikdə ilk növbədə dünya ədəbiyyatında xüsusi yer tutan Hafiz Şirazi və Sədi Şirazi yada düşür. Dünya miqyasında tanınan bu 2 filosof-şairin türbələri İrana səfər edən turistlərin sevimli ziyarət məkanlarındandır.

Əhəməni xanədanının qədim paytaxtı olan Pesepolis şəhəri, İrəm bağçası və Şirazın xurma bağları turistləri özünə cəlb edən ən görkəmli məkanlardı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...