“Dəstək formaları bir çoxları üçün dəyərli və həlledicidir" Pasquale Terracciano

İtaliya və Rusiyadakı pandemiya vəziyyətinin yaxşılaşması bizə 2020-ci ilin ikinci yarısına nikbinliklə baxmağa imkan verir. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın Rusiyadakı səfiri Pasquale Terracciano, İtaliyanın Respublika Günündə öz müraciətində söyləyib.

"Bütün dünyanı bürüyən mövcud pandemiya böhranı bu il Respublika Günü münasibətilə ənənəvi qeyd etmələrimizi təşkil etməyə imkan vermir. Təkcə Rusiya hakimiyyətinin vətəndaşların sağlamlığını qorumaq üçün verdiyi göstərişlər deyil, eləcə də 35 mindən çox pandemiya qurbanına hörmət əlaməti olaraq belə bir ənəvi qeydetmə təşkil edilmir”, deyə səfir, 2 iyun tarixində qeyd olunan milli bayram - İtaliya Respublikası Günü münasibətilə videomüraciətdə bildirib.
"Rusiya Federasiyasının dövlət orqanları tərəfindən pandemik böhran zamanı həm də Rusiyadakı italyanların xeyrinə təzahür etdirilən dostluq və həmrəylik haqqında ayrıca demək istəyirəm. Dəstək formaları bir çoxları üçün dəyərli və həlledicidir", deyə Pasquale Terracciano xatırladıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...