Türkiyənin baş naziri: "Suriyada baş verənlər Ankaranı ciddi narahat edir" - AÇIQLAMA

Türkiyənin baş naziri: "Suriyada baş verənlər Ankaranı ciddi narahat edir" - AÇIQLAMA

Suriyada baş verənlər Ankaranı ciddi narahat edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbər görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. O, bu narahatçılığı aradan qaldırmaq məqsədi ilə Suriyaya xüsusi nümayəndə göndərəcəklərini və yaxın günlərdə prezident Bəşər Əsədlə danışıqlar aparacağını vurğulayıb: "Suriya prezidenti Bəşər Əsədlə telefon danışığımızda Suriyada baş verənlərlə bağlı narahatlığımızı açıq şəkildə ona çatdırdım. Xüsusən də fövqəladə rejimin ləğvi ilə bağlı fikrimi ona əvvəlcədən də bildirmişdim. Fövqəladə rejimin ləğvi gözəl bir başlanğıcdır, ancaq bu kifayət deyil. Suriyada stabilliyin əldə olunması üçün atılması lazım olan addımlar çoxdur. Hətta ora xüsusi nümayəndəmi göndərmişdim. Nümayəndələrimiz cümə axşamı orada olacaq. Orada rəhbərliklə görüşlər keçiriləcək".

 

Rəcəb Tayyib Ərdoğan Suriya rəhbərliyini tez bir zamanda demokratiyaya doğru addımlar atmağa çağırıb: "İndiki proseslər bizi nahar edir. Suriyadakı mövcud vəziyyətin tez bir zamanda aradan qaldırılmasını istəyirik. Çünki, biz orada demokratikləşmə prosesinin sürətlə davam etməsini arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə