Ötən il CAR Azərbaycana 17,7 mln. dollarlıq hərbi məhsul ixrac edib

Ötən il CAR Azərbaycana 17,7 mln. dollarlıq hərbi məhsul ixrac edib

Ötən il Cənubi Afrika Respublikası (CAR) Azərbaycana 17 674 395 ABŞ dolları (119 119 764 CAR randı) dəyərində hərbi məhsul ixrac edib. SİA-nın xəbərinə görə, bu barədə CAR-ın Adi Silahlanmaya Milli Nəzarət Komitəsi (NCACC) məlumat yayıb. CAR-ın 2010-cu ildə Azərbaycana hansı məhsulları ixrac etməsi barədə məlumatlar isə açıqlanmayıb.

 

2009-cu ildə isə CAR şirkətləri tərəfindən Azərbaycana 22 515 775 dollar dəyərində ixracat gerçəkləşdirilib. 2009-cu ildə CAR-dan, əsasən, Azərbaycana "Paramount Group" şirkəti tərəfindən 10 ədəd "Marauder" tipli zirehli personal daşıyıcı satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə