Türkiyədə hərbçilərə məxsus zirehli avtomobilin aşması nəticəsində iki əsgər həlak olub

Türkiyənin Siirt vilayətində xidməti postlarını dəyişən hərbçilərin olduğu zirehli avtomobil yoldan çıxaraq aşıb. Qəzada yaralanan 8 əsgər helikopterlərlə Siirt Dövlət Xəstəxanasına aparılıb.

SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində əsgərlərdən ikisi dünyasını dəyişib.

Siirt valisi və bələdiyyə başçısının köməkçisi Əli Fuat Atik xəstəxanadakı yaralı əsgərləri ziyarət edib və bildirib ki, hazırda 6 yaralı əsgərlərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, həmin yaralılar arasında ağır vəziyyətdə olan yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə