Nikol Paşinyan koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə N.Paşinyan öz "Facebook" səhifəsində bildirib.

O bildirib ki, ötən gün verdiyi koronavirus testi müsbət nəticə verib: "Mən də heç bir simptom olmasa da, hərbi hissələrə səfər edəcəyim üçün testdən keçməyi qərar verdim və testin nəticələri müsbət çıxıb".

N.Paşinyanın ailə üzvlərinin də virusa yoluxduğu məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...