İranın cənubunda zəlzələ qeydə alınıb

İranın cənubunda yerləşən Fars vilayətinin Honc şəhəri ətrafında 4,7 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 04:29-da 2 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 7 mayda İranın Tehran vilayətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə