Yaponiyanın şimal-şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiyanın şimal-şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi elan olunmayıb.

SİA xəbər verir ki, bu barədə ölkənin meteoroloji idarəsi bildirib.

Zəlzələlərin episentri İbaraki prefekturasının ərazisində, ocağı isə təxminən 100 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntı barədə məlumat verilməyib. Yeraltı təkanlar bir sıra şimal-şərq prefekturalarında, eləcə də Tokioda hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə