Koronavirusa yoluxanların sayı 9 minə yaxınlaşır

Ermənistanda son sutka ərzində 355 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb. SİA xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 8 min 927-yə, ölənlərin sayı 131-ə çatıb.

Bu günə qədər 3 min 386 nəfər sağalıb. Hazırda 5 715 aktiv koronavirus xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə