Estoniya hökuməti ictimai tədbirlərdə 100 nəfər iştirakçının toplana biləcəyi barədə qərar qəbul edib

Estoniya hökuməti iyunun 1-dən 30-dək ictimai tədbirlərdə 100 nəfər iştirakçının toplana biləcəyi barədə qərar qəbul edib. SİA xəbər verir ki, hökumətin ictimaiyyətlə əlaqələr departamentinin açıqlamasına əsasən, nəzərdə tutulan yumşalmaların kino nümayişləri, tamaşalar, konfranslar, yarmarkalar, konsertlər, festivallar, idman yarışları kimi ictimai tədbirlərə, habelə əyləncə sektorunda kazinolara və oyun avtomatlarının yer aldığı məkanlara aid olduğu bildirilib. İctimai tədbirlər üçün nəzərdə tutulan tələblər elmi-tədqiqat işləri və universitetlərin və tədqiqat institutlarının inkişafi üzrə fəaliyyət istisna olmaqla, ibtidai məktəblərə, orta ümumtəhsil məktəblərinə, peşə məktəblərinə və ali təhsil müəssisələrinə, həmçinin ixtisasartırma kursları müəssisələrinin, açıq gənclik mərkəzlərinin, asudə vaxt fəaliyyətlərinin və əlavə təhsilinin təşkilinə də tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...