Merkellə Trump arasında "MÜBAHİSƏ"

ABŞ prezidenti Donald Tramp və Almaniyanın kansleri Angela Merkel bu həftə "Şimal Axını 2" qaz kəməri, NATO və Çin mövzusunda qızğın mübahisəyə başlayıblar. SİA xəbər verir ki, bu barədə Amerika administrasiyasının adı açıqlanmayan bir nümayəndəsinə istinadən "Politico" nəşri yazır.

Nəşrin bildirdiyinə görə, bu həftə Tramp və Merkel arasında telefon danışığı olub.
"Bu həftə edilən telefon danışığı zamanı liderlər arasında NATO, "Şimal Axını 2" qaz kəməri və Çin ilə münasibətlər kimi mövzularda qızğın fikir ayrılıqları yaranıb", deyə "Politico" nəşrində dərc edilən məqalədə bildirilir.
Xatırladaq ki, ABŞ "Şimal Axını 2"-nin inşasına fəal şəkildə qarşı çıxır. Layihəyə qarşı bir sıra sanksiyalar da tətbiq edilmişdir. Eyni zamanda Berlin də qaz kəmərinin Avropa ölkələri üçün vacib olduğunu qeyd edərək Vaşinqtonun mövqeyinə qarşı çıxır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə