“Vətənə qayıtmaq istəyənlər xaricdə qalıb” Sergey Lavrov

Vətənlərinə qayıtmaq istəyən təxminən 25 min Rusiya vətəndaşı xaricdə qalır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, Rusiyaya qayıtmaq istəyən 25 min insan hələ də xaricdə qalır. “Xaricdə 25 min Rusiya vətəndaşı olan insan qalır ki, onlar da vətənə qayıtmaq istəyirlər. Buna görə də yaxın zamanda daha 10 reys təşkil ediləcəyi planlaşdırılır”, deyə Sergey Lavrov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə