Rusiyadan Trampın ÜST-lə bağlı açıqlamasına cavab gəldi Bu bir zərbədir!

Rusiyanın Xarici İşlər nazirinin mətbuat katibi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampa cavab verib. SİA xəbət verir ki, mətbuat katibi ABŞ Prezidenti Donald Trampın dövlət olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələrini kəsdikləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bunun səhiyyə sahəsində əməkdaşlıq üzrə beynəlxalq hüquqi əsaslara zərbə olduğunu bəyan edib.

Mətbuata açıqlama verən Zaxarova əlavə edib ki, dünyanın epidemiyaya qarşı güclərini birləşdirməli olduğu bu dövrdə rəsmi Vaşinqtonun səhiyyə sahəsində beynəlxalq hüquqa zərbə endirəcək açıqlamalar edir. O vurğulayıb ki, xüsusilə də ABŞ pandemiya dövründə ən çox itki ilə üzləşən və səhiyyə sistemində kədərli tabloya məruz qalan ölkələrdən biridir və Tramp bu açıqlaması ilə mövzudan bəhs etməyə imkan belə yaratmır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə