Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərini kəsdiyini elan edib

Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib.

SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu qərarı ÜST-ün Vaşinqtonun tələb etdiyi islahatları həyata keçirməkdən imtina etməsi ilə izah etdi.

Ağ Ev rəhbəri əlavə edib ki, artıq Birləşmiş Ştatlar təşkilat üçün nəzərdə tutulmuş vəsaitləri dünyada təcili tibbi yardıma ehtiyac duyulan istiqamətlərə yönəldəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə