Tramp “Twitter”i bağlamaqla hədələdi

"Bildiyim qədər mən "Twitter"i bağlaya bilərdim".

SİA "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Dövlət başçısı bildirib ki, əgər sosial şəbəkənin bağlanması qanuni olsaydı, onda bunu edərdi.

Tramp həmçinin hüquqşünaslarla məsləhətləşmək niyyətində olduğunu söyləyib.

Bildirək ki, "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib. Tramp buna cavab olaraq sosial şəbəkələri nizama salmaqla və ya ümumiyyətlə bağlamaqla hədələyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə