Gürcüstanda ümumi daxili məhsul istehsalı xeyli azalıb

Gürcüstanda ümumi daxili məhsul istehsalı xeyli azalıb
Gürcüstanda ümumi daxili məhsul (ÜDM) istehsalı xeyli azalıb. AZƏRTAC Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, təkcə aprel ayında ÜDM-in real artım tempi illik müqayisədə 16,6 faiz azalıb. Cari ilin ilk dörd ayında isə ÜDM-in orta real artım tempi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalıb. Ötən ay bütün iqtisadi fəaliyyət sahələrində azalma baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə