“Çin ABŞ-ı siyasi manipulyasiyaya son qoymağa çağırır” Zhao Liszian

Çin, ABŞ-ı Hong Kongdakı vəziyyətlə bağlı siyasi manipulyasiyalarını dərhal dayandırmağa çağırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Liszian cümə günü keçirdiyi brifinqdə deyib.

"ABŞ, BMT Təhlükəsizlik Şurasında bu mövzuda müzakirə edilməsini tələb edərək, Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edir. Biz ABŞ-ı bu siyasi manipulyasiyalarını dərhal dayandırmağa çağırırıq", deyə Zhao Liszian bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə