Koronavirusdan sağalan teleaparıcı, sağlamlığındakı qəribəliklərdən danışdı

CNN teleaparıcısı amerikalı Kris Kuomo, koronavirusu məğlub etdikdən sonra bədənində qəribə hisslər yaşadığını söyləyib. Onun sözlərinə görə, səhhətində dəyişiklik olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Cuomo Prime Time” efirində məlumat verib.

49 yaşlı jurnalist aprel ayında koronavirusdan müalicə olunduğunu etiraf edib və qeyd edib ki, yenə də qəribə hisslər keçirir, çətinlik çəkir və infeksiyadan əvvəl olduğu kimi özünü 100% rahat hiss etmir.
"Bu hadisəni keçən, koronavirusdan sağalan insanlar qarışıq hekayələr danışırlar və qan testi nəticələri ilə qəribəliklər barədə həkimlərdən xüsusilə dəyərli cavab almırlar. Mən də bu insanlardanam", deyə Kuomo bildirib.
Kris Kuomo qeyd edib ki, hələ də ağciyərlərdə qəribə hisslər yaşayır.
Xatırladaq ki, dünyada, 5.8 milyondan çox xəstəlik hadisəsi müəyyən edilib, 360 mindən çox ölüm qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə