İran parlamentinin sədri vəzifəsinə bu şəxs seçilib

Məhəmməd Bakir Qalibaf İran İslam Şurası Məclisinin (parlament) yeni sədri seçilib.

SİA xəbər verir ki, İranın 11-ci parlament seçkilərindən sonra bu gün ilk iclası keçirilib. Yeni parlamentin ilk iclasında sədrin seçilməsi müzakirə edilib və seçki keçirilib. Namizədlər arasında İranın siyasi dairələrində və ictimaiyyətdə geniş nüfuza malik olan Tehranın keçmiş meri Məhəmməd Bakir Qalibaf səs çoxluğu ilə parlamentin sədri seçilib.

Qeyd edək ki, cari ilin fevralın 21-də İranda 11-ci parlament seçkiləri keçirilib. Lakin koronovirus pandemiyası ilə əlaqədar olaraq bu günə kimi parlament ilk iclasını keçirə bilməyib. İranda koronavirusa yoluxma hallarının azalması ilə karantin rejimi yumşaldılıb ki, bu da yeni parlamentin ilk iclasının keçirilməsini şərtləndirib.

İran parlamentinin artıq keçmiş sədri Əli Laricani isə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin müşaviri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...