“Daha çox aldadan qalib gələcək” Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Mühafizəkarların səslərini boğmağa davam edəcəkləri təqdirdə, sosial şəbəkələri sərt şəkildə tənzimləmək və ya tamamilə "bağlamaq" hədəsi ilə çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ştatlar prezidenti Twitterdə qeyd edib.

"Respublikaçılar inanırlar ki, sosial şəbəkələr mühafizəkarların səslərini tamamilə boğur. Buna yol verməzdən üçün sosial şəbəkələri ciddi şəkildə tənzimləyəcəyik və ya bağlayacağıq. Biz gördük onların nə etmək istədiklərini, 2016-cı ildə etdikləri uğursuz oldu. Daha da mürəkkəb olmasına icazə verə bilmərik", deyə Tramp bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ-da geniş miqyaslı poçt səsverməsinə yol verilməməlidir, çünki bu saxtakarlıq, saxtalaşdırma və səslərin oğurlanmasına səbəb olar.
"Başqalarından daha çox aldadan qalib gələcək. Eyni şey sosial şəbəkələrdə də var. Dərhal davranışınızı düzəldin!", deyə Tramp Twitterdə yazıb.
Xatırladaq ki, bir qədər əvvəl, Twitter sosial şəbəkəsi sistemi, Trampın mesajlarından birinin yalan olduğunu qeyd edərək, istifadəçilərin poçtla səsvermə faktları ilə tanış olmalarını xahiş edən xəbərdarlıq nişanını yerləşdirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə