“Müxtəlif məhdudiyyətlər qala bilər" Krişyanis Karins

Latviyada COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin iyunun 9-dan sonra uzadılması planlaşdırılmır, lakin bəzi məhdudiyyətlərin çox güman ki, qalacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazir Krişyanis Karins söyləyib.

"İyunun 9-dan sonra, Latviyada COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin uzadılması planlaşdırılmır, lakin bu tarixdən sonra müxtəlif məhdudiyyətlər qala da bilər", deyə Karins bildirib.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 adlı yeni bir koronavirus infeksiyasının başlandığını pandemiya elan edib. ÜST-nin son məlumatına görə, dünyada 5.4 milyondan çox xəstəlik qeydə alınıb, 343 mindən çox insan həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...