İranın Tehran vilayətinin Dəmavənd rayonunda 4 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələ yerli vaxtla saat 13:41-də 12 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 24 mayda İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 14 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə