Moskvada Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçiriləcək 24 iyunda

Moskvada Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçiriləcək 24 iyunda

Moskvada Böyük Vətən Müharibəsində qazanılan qələbənin 75 illiyi şərəfinə hərbi parad keçiriləcək. SİA NTV-yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimr Putin göstəriş verib.

O, müdafiə nazirinə tapşırıq verib ki, parad iyunun 24-də "qırmızı meydan"da böyük təntənə ilə keçirilsin.

"Qələbə paradı iyunun 24-də keçiriləcək. Amma "Ölmümsüz alay" yürüşünün keçirilməsi mümkün olmayacaq. Çünki şəhərin küçələrində böyük insan axınının getdiyi bir vaxtda təhlükəsizliyin və sosial məsafənin sərt tələblərinin yerinə yetirilməsini təmin etmək mümkün deyil", - deyə dövlət başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə