"Qarşılıqlı əlaqə, əməkdaşlıq və qarşılıqlı yardım göstərməyi məqbul hesab edərdik” Dmitri Peskov

ABŞ və Çin arasında sərt bəyanatların mübadiləsi koronavirusa qarşı ümumi mübarizə fonunda yarıtmaz görünür. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında belə deyib.

"Koronavirusa qarşı ümumi mübarizə işığında bu uyğunsuz görünür. Əlbətdə, bu mübadilə əvəzinə qarşılıqlı əlaqə, əməkdaşlıq və qarşılıqlı yardım görərməyi məqbul hesab edərdik. Öz növbəsində Rusiya Çin və ABŞ ilə ikitərəfli əlaqələrin inkişafında bu prinsiplərə əməl edir", deyə Peskov bildirib.
Moskvanın Pekin və Vaşinqtonun ritorikasından narahat olub-olmaması və koronavirusa qarşı mübarizə fonunda irəlidə soyuq müharibə ola biləcəyi də daxil olmaqla müxtəlif açıqlamaları necə qiymətləndirməsi sualına da Rusiya prezidentinin mətbuat katibi cavab verib.
Peskov Moskvanın Çin ilə tərəfdaşlığı inkişaf etdirdiyini, koronavirusla mübarizədə əməkdaşlıq etdiyini və kömək etdiyini də xatırladıb.
"Amerikalılarla da əlaqə var. Əlbəttə ki, tibbi avadanlıqla təmin olunan yardımı alqışlayırıq və təqdir edirik", deyən Dmitri Peskov, Rusiyanın da ABŞ-a kömək etməyə hazır olduğunu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə