Türkiyədə yeni növ koronavirusdan bu gün daha 29 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 29 nəfər ölüb. SİA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 21492 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 4369 nəfər ölüb, 157814 nəfər bu infeksiyaya yoluxub, 120015 nəfəri isə müalicə olunub. Bu gün 1321 xəstə evə buraxılıb. Nazir bildirib ki, səhhəti yaxşılaşan xəstə sayı 120 mini keçib, dəstəyə ehtiyacı olan xəstə sayı azalır, reanimasiyada ümumilikdə 755 xəstə var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...