"Yüksək infeksiya həddində təcili rejim tətbiq etmək imkanı qorunur" Sinzo Abe

Yaponiyada ləğv edilmiş fövqəladə vəziyyət rejimi koronavirus infeksiyasının yayılması yenidən yüksək olarsa yenidən tətbiq edilə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Sinzo Abe bazar ertəsi mətbuat konfransında bildirib.

"Yüksək infeksiya həddində təcili rejim tətbiq olunduğunu yenidən elan etmək imkanı qorunur", deyə Abe bildirib.
Hər 100 min nəfərə infeksiyanın sayı 0,5-dən çox olduğu bölgələrdə təcili rejim tətbiq olunub.
Xatırladaq ki, Yaponiyada fövqəladə vəziyyət rejimi aprelin 8-də ilk olaraq paytaxt Tokio bölgəsi və digər altı prefekturaya tətbiq olunub və sonra bütün ölkəyə yayılıb. May ayında, yoluxmuş insanların sayının az olması səbəbindən səlahiyyətlilər əvvəlcə 39 prefektura, daha sonra Osaka, Hyoqo və Kyoto prefekturaları üçün məhdudiyyətləri qaldırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə