Fransada indiyə kimi 28 367 nəfər koronavirusdan dünyasını dəyişib

Fransada koronavirus infeksiyasına yoluxma nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı gün ərzində 17 178 nəfərdən 17 185-ə yüksəlib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, bir həftə əvvəl bu göstərici 19 361 nəfər idi. Xəstəxanaya gün ərzində 121 yeni koronaviruslu xəstə qəbul edilib.

“Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 1655 koronaviruslu xəstə var, bir həftə əvvəl onların sayı 2087 nəfər idi”, - deyə məlumatda qeyd edilir.

Ümumilikdə, epidemiyanın əvvəlindən bəri 100 340 nəfər xəstəxanaya müraciət edib, onlardan 17 725 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. 64 617 nəfər isə evə buraxılıb.

Qeyd edək ki, Fransada indiyədək 182 584 nəfərdə COVID-19-a yoluxma faktı təsdiqlənib, onlardan 28 367 nəfər isə dünyasını dəyişib. Son sutkada isə virusdan 35 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...