İranda baş verən 5.2 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb

Bu gün İranda baş verən 5.2 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə İran Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Bir nəfərə yerində, 15 nəfərə xəstəxanalarda tibbi yardım göstərilib. Xəstəxanalarda tibbi yardım göstərilənlərin hamısı artıq evə buraxılıb. Onların hamısı zəlzələdən qorxub qaçan zaman travma alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə