Dənizində batan 80-dən çox miqrant xilas edildi

Tunisin sahil mühafizəsi Aralıq dənizində batan miqrantları xilas edib. SİA-nın məlumatına görə, bu barədə Tunisin “Mosaique FM” radiosu Sahil Mühafizə Xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ötən gün Sfaks şəhəri yaxınlığında içərisində 20 nəfərin olduğu qayığın batması barədə məlumat daxil olub. Hadisə yerinə gələn mühafizə xidmətinin əməkdaşları 11 miqrantı xilas edib, bir nəfərin meyitini aşkarlayıb. Digərlərinin taleyi barədə məlumat yoxdur.

Bundan başqa, Kerkenna bölgəsindəki batmış qayıqdan da 70 miqrant xilas edilib. Xilas olunanların əksəriyyəti Afrikada Saharanın cənubunda yerləşən ölkələrin vətədaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...