Moskvada koronavirusa yoluxma halları rekord səviyyədə aşağı düşüb

Rusiyanın paytaxtı Moskvada daha 2516 koronavirusa yoluxma faktı qeydə alınıb, paytaxtda cəmi 163 913 nəfər yoluxub. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə əməliyyat qərargahından bildiriblər.

Məlumata əsasən, 29 apreldən bəri artım rekord səviyyədə aşağı olub. Ümumilikdə paytaxtda 163 913 nəfər yoluxub.

Paytaxtda gündəlik artım 1,6%, bir gün əvvəl isə 2% təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...