Meksika sahillərində güclü zəlzələ baş verib

Meksikanın qərb sahili yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Mapastepek şəhərindən 125 km cənub-qərbdə (əhalisi təxminən 18 min nəfər), ocağı isə 15,8 kilometr dərinlikdə yerləşib.

Dağıntı, xəsarət alan və sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə