Rusiyada son sutkada 9434 nəfər COVİD-19-a yoluxub

Rusiyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 9 min 434 nəfər yüksəlib. SİA-nın xəbərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 335 min 882 nəfər çatıb.

Məlumata görə, yeni yoluxma faktlarının 846-sı Moskva, 363-ü Sankt Peterburq, 353-ü Rostov, 211-i Nijni Novqorod, 171-i Sverdlovsk vilayəti, 148-i Krasnoyarsk, 127-si Dağıstana, 125- isə Kaluqada qeydə alınıb. Məlumata görə, yeni yoluxma halı qeydə alının 3966 xəstədə xəstəliklə bağlı simptoma rast gəlinməyib.

Son sutka ərzində ölkədə 8 min 11 nəfər sağalaraq edə buraxılıb. Ümumilikdə isə sağalanların sayı 107 min 936 nəfərə yüksəlib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...