ABŞ-dan koronavirus qərarı bayraqlar 3 gün endiriləcək

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusa görə ölənlər üçün ölkədə bayraqların 3 gün boyunca yarıya qədər endiriləcəyini açıqlayıb. SİA-nın xəbərinə görə, ABŞ prezidenti bu barədə öz “Twitter” hesabında qeyd edib.

“Koronavirusa görə, dünyasını dəyişən amerikalılar üçün, yaxın üç gün ərzində bütün federal binalar və milli abidələrdəki bayraqlar yarıya qədər endiriləcək”, - deyə Tramp öz qeyd edib.

Qeyd edək ki, dünyada yeni növ koronavirusa ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Belə ki, ölkədə COVİD-19-a yoluxanların sayı 1 milyon 600 min, ölənlərin sayı isə 96 minə çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə