Bir neçə ölkədə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur

Bir neçə ölkədə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur

"Twitter" sosial şəbəkəsinin işində nasazlıq bir neçə ölkədə müşahidə olunur.

SİA xəbər verir ki, bu barədə "Downdetector" servisi bildirib.

Məlumata əsasən, ən aktiv şəkildə problemlər haqqında Böyük Britaniya, ABŞ və Braziliyada şikayət edirlər.

Bildirilib ki, istifadəçilərin əksəriyyəti (73%) veb saytdakı nasazlıqlardan şikayətlənirlər. Digər 16% sosial şəbəkəyə daxil ola bilmir, 10% iPhone və ya iPad üçün tətbiqdə problem yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə