“Distant təhsil təcrübəsi gələcəkdə mütləq lazımlı olacaq” Vladimir Putin
Distant təhsil təcrübəsi gələcəkdə faydalı olacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin koronavirus infeksiyasının yayılması kontekstində təhsil sistemindəki vəziyyətə dair iclasda deyib.
"Əminəm ki, gələcəkdə bu təcrübə mütləq faydalı olacaq. Bundan əlavə, indi praktiki olaraq bütün həyat boyu yeni biliklər əldə etmək qaçılmazdır", deyə Putin bildirib.
Prezident distant təhsilin müəllimlər, valideynlər üçün əlavə bir yük halına gəldiyini və tələbələr üçün bunun "ciddi imtahan, məsuliyyət sınağı, müstəqillik, əsas motivasiya olaraq öyrənmək istəyi" olduğunu da qeyd edib.
Putin bütün məktəblilərə, tələbələrə, müəllimlərə və valideynlərə səbir və qarşılıqlı dəstəyə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB