Lavrov və Çavuşoğlu nəyi müzakirə ediblər

Lavrov və Çavuşoğlu nəyi müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskva ilə Ankara arasındakı əlaqələrin inkişafını, o cümlədən COVID-19-a qarşı mübarizədə dəstək baxımından müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən koronavirus infeksiyasının yayılması ilə mübarizədə qarşılıqlı dəstək, Rusiya və Türkiyə vətəndaşlarının vətənlərinə qayıdışının təşkili perspektivləri müzakirə edildi", deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Rusiya Xarici İşlər Nazirliyində həmçinin, qeyd olunur ki, nazirlər iki ölkənin mədəniyyət və ictimai təşkilatlarının faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə keçirdikləri tədbirlərdən məmnun olduqlarını dilə gətirib.
Bundan əlavə, nazirlər Minsk sazişlərinə uyğun olaraq Ukrayna daxili böhranın nizamlanmasına kömək etməkdə ATƏT-in cari vəzifələri barədə fikir mübadiləsi aparıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə