“Yeni mərhələnin başlaması infeksiyanın artmasına kömək edə bilər" Cuzeppe Konte

“Yeni mərhələnin başlaması infeksiyanın artmasına kömək edə bilər" Cuzeppe Konte

İtaliya koronavirus epidemiyasının ən pis mərhələsini yaşamışdır, lakin iqtisadiyyatı yenidən başlatmaq infeksiyaların yayılması ilə mübarizə etməkdən daha da çətin olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri baş nazir Cuzeppe Konte deyib.

Onun sözlərinə görə, hökumətin həyata keçirdiyi tədbirlər "ölkədə istehsal mühərrikini yenidən başlatmağa" yönəldilib.
"Anlayırıq ki, bu fövqəladə vəziyyətin əvvəlində qarşılaşdığımız problemdən daha da çətin bir problemdir", deyə Konte İtaliya parlamentindəki açıqlamasında etiraf edib.
Onun sözlərinə görə, karantin düzgün seçim idi və italyanlar bunu kollektiv səylərin bir hissəsi kimi ediblər.
Bazar ertəsi günündən etibarən İtaliya, martın əvvəlindən və ortasından koronavirus epidemiyasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlərin əksəriyyətini aradan qaldırıb. Xüsusilə, pərakəndə mağazalar, restoran və barlar, bərbərxanalar də açılıb. Səyahətə ehtiyac olduğunu təsdiq edən sənədlər olmadan bir bölgənin sərhədləri daxilində hərəkətə icazə verilir.
"İndi həmişəkindən daha çox, küçədə də məsafəni qorumaq lazımdır. Təntənəli tədbirlər və gecə həyatı üçün hələ vaxt yetişməyib. Diqqətli olmalıyıq, çünki yeni bir mərhələnin başlaması infeksiyaların böyüməsinə kömək edə bilər. Bu üzərimizə götürdüyümüz bir riskdir, çünki biz dayanıb vaksini gözləyə bilmərik", deyə Konte bəyan edib.
Baş nazir İtaliyanın üç milyon test keçirdiyini və adambaşına virusa yoluxma testlərinin sayına görə dünyada birinci olduğunu vurğulayıb.
"Biz molekulyar testlərin sayını artırmalıyıq. Mayın 25-də elmi məqsədlər üçün 150 min nəfər üçün pulsuz seroloji testlər aparmağa başlayacağıq", deyə Konte məlumat verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə