"Çin ABŞ-a meydan oxuyur" Donald Tramp

"Çin ABŞ-a meydan oxuyur" Donald Tramp

Donald Tramp, Çinin onun rəqibi Cozef Baydenin prezident seçkilərində qalib gəlməsində maraqlı olduğunu bəyan edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Sputnik Radiosuna politoloq Pavel Şipilin verdiyi müsahibəsində deyib.

Politoloq qeyd edib ki, bu açıqlama ilə ABŞ prezidenti bir güllə ilə iki dovşanı vurmağa çalışır.
ABŞ prezidenti Donald Tramp prezident seçkilərində rəqibinə, keçmiş vitse-prezident Co Baydenə kömək etməli olan kütləvi dezinformasiya kampaniyasına başlamaqda Çini ittiham edib. Tramp, Pekinin seçki məğlubiyyətindən faydalanacağına inanır.
"Çin yalnış məlumatlandırma kampaniyasına rəhbərlik edir, çünki onlar ümidsiz Co Baydeni prezident yarışının qalibi kimi görmək istəyirlər ki, onlar meydana çıxmağımdan on illər əvvəl ABŞ-ı parçaladıqları kimi davam etsinlər!", deyə Tramp Twitter-də yazıb.
Sputnik Radiosunda ABŞ prezidentinin açıqlamasını politoloq Pavel Şipilin şərh edib.
"Bu tvitlə Tramp iki dovşanı bir güllə ilə vurmağa çalışır. Birincisi, Çini günahlandırır və Tramp bunu davamlı və ardıcıl olaraq edir. İkincisi də, Çini əsas rəqibi ilə əlaqələndirir. Əslində, növbəti prezidentin kim olmasından asılı olmayaraq Çin Amerika Birləşmiş Ştatları üçün təhlükə yaradır. Çin xüsusilə pandemiyadan sonra ABŞ-ın dözə bilmədiyi qlobal liderliyi açıq şəkildə iddia edir. Buna görə də hər fürsətdə Çinə "addım" atacaq və ticarət müharibələrini davam etdirəcəklər. ABŞ üçün Çinin liderliyi tamamilə qəbulolunmazdır və buna görə də Donald Tramp Çini bütün ölüm hallarında günahlandırır", deyə Pavel Şipilin vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə