Türkiyənin ən böyük mülki aviasiya şirkəti olan "Turkish Airlines" ("Türk Hava Yolları") beynəlxalq reysləri bərpa edir.
SİA-nın məlumatına görə, şirkət iyunun 10-da yenidən beynəlxalq reysləri yerinə yetirməyə başlayacaq.
Şirkətin İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib ki, daxili reyslər 4 iyunda, beynəlxalq reyslər isə iyunun 10-dan etibarən icra ediləcək.
İ.Aycı əlavə edib ki, sərnişinlər təyyarə salonunda əl yükünü daşıya bilməyəcəklər. Təyyarəyə yalnız əl çantalarını götürməyə icazə veriləcək.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB