ABŞ-dan İran rəsmilərinə sanksiya

ABŞ-dan İran rəsmilərinə sanksiya

ABŞ Dövlət Departamenti İranın Daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, ailə üzvləri və digər 11 rəsmiyə sanksiya tətbiq edib. SİA-nın mlumatına görə, bu barədə dövlət katibi Mayk Pompeo bildirib.

O qeyd edib ki, insan haqlarının pozulmasında iştirak edən iranlı rəsmilərə ABŞ-a səyahət qadağası tətbiq olunacaq.

Pompeo Fəzlinin İrandakı etiraz aksiyalarına qatılanlara qarşı zorakılıq tətbiq olunması istiqamətində polislərə təlimat verərək insan haqlarının pozulmasında böyük pay sahibi olduğunu deyib: “Fəzli və rejimin hədəfi etiraz aksiyaları, eyni zamanda ifadə azadlığı haqlarına təzyiq göstərməkdir. Bu təlimat 23-ü uşaq olmaqla, bir çox etirazçının ölümünə səbəb oldu”.

Qeyd edək ki, iranlı rəsmilər ABŞ Dövlət Departamenti ilə yanaşı, Maliyyə Nazirliyinin də “qara siyahısı”na salınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə