Çinin Vuhan şəhərində vəhşi heyvanları yemək qadağan edilib

Çinin Vuhan şəhərində vəhşi heyvanları yemək qadağan edilib

Covid-19 epidemiyasının baş verdiyi Çinin Vuhan şəhərində yerli hökumət vəhşi heyvanların ticarətini, bu heyvanların ovlanması və yeyilməsini də qadağan edib. SİA-nın məlumatına görə, yerli hökumətin rəsmi sosial media hesabından edilən elan dərhal qüvvəyə minəcək və ən azı beş il qüvvədə olacaq yeni qaydaları açıqladı.

Bütün şəhərin vəhşi təbiəti mühafizə zonası elan edildiyi xəbərdarlıqda, fərdi fermalarda böyüdülən quruda və dənizdə yaşayan bütün vəhşi heyvanların ovlanması və ya istehlakının ödənilməsi qadağandır.

Bundan əlavə heyvanların bazarlarda və internet vasitəsilə qanunsuz ticarətinə də cəzalar tətbiq ediləcək.
2019-cu ilin dekabr ayında Vuhanda meydana gələn və insandan insana keçən koronavirus 200-dən çox ölkəyə yayılıb.
İndiyə qədər 320 mindən çox insan həyatını itirdi.

Virusun dünyaya yayılmadan yarasalardan başqa bir vəhşi heyvana, onlardan da insana keçdiyi güman edilir.
Son bir neçə ayda Çin virusun heyvandan insana ötürülmə riski olduğu üçün yemək üçün yabanı heyvanların satışını qadağan edib.

Lakin ticarət tədqiqat və ənənəvi tibb də daxil olmaqla müxtəlif məqsədlər üçün davam edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə